Vəliəhdin Yəmən müharibəsi üçün Qətər planı

-- Məhəmməd bin Salman Yəmən müharibəsində itirilən pulları Qətərdən “qoparmaq” istəyir

Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yəmən müharibəsində itirilən pulları Qətərdən “qoparmaq” istəyir.
 
Maide.Az “acilnews”a istinadən xəbər verir ki, şahzadənin Qətərə qarşı hücum barədə gizli görüşlər keçirdiyi üzə çıxıb.
 
Planın tərtibatı isə vəliəhdə yaxınlığı ilə tanınan, ölkənin Körfəz İşləri naziri Samir Sebhan tərəfindən hazırlanıb.
 
Planda Qətərin mühasirəyə alınması, təzyiqlərin gücləndirilməsi və dislokasiya edilməsi, sonda isə işğalı nəzərdə tutulub.
 
Qeyd edək ki, S.Ərəbistanı 3 ildir Yəmənə təcavüzünü davam etdirir. Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Nəticədə vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Bu günə qədər 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib. Ötən ildən etibarən isə Qətərlə diplomatik münasibətlər dayandırılıb.

Google+ WhatsApp ok.ru