Vəlliəhd şahzadənin qərarları işsizliyi artırdı

Vəlliəhd şahzadənin qərarları işsizliyi artırdı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2016-cı ildən başlayaraq həyata keçirdiyi iqtisadiy reformları ölkədəki işsizlik səviyyəsini artırıb.
 
Maide.Az “Parstoday”a istinadən xəbər verir ki, bu səbəbdən bir çox əcnəbi şirkətlər bu ölkədən çıxmağa başlayıb.
 
Əcnəbi işçilərə əlavə vergi tətbiq edilməsi nəticəsində son 1 ildə 11 milyon əcnəbi işçidən 800 mini S.Ərəbistanından gedib.
 
Bundan başqa, 2017-ci ildə daha öncəki ilə nisbətə xarici şirkətlər tərəfindən qoyulan investisiyanın həcmi 7,5 milyard dollardan 1,4 milyard dollara enib. Bu isə son 14 ilin ən zəif göstəricisi olub.
 
Son 3 ayda isə müxtəlif xidmət sahələrində səuidiyyələşmə siyasətinə riayət etməyən bir çox şirkətə 5 mindən çox cəza verilib.
 

Google+ WhatsApp ok.ru