WFP: “Yəməndəki aclıq böhranı daha da dərinləşə bilər”

WFP: “Yəməndəki aclıq böhranı daha da dərinləşə bilər”

BMT-nin nəzdində olan Ümumdünya Ərzaq Proqramı (WFP) Hudeyda limanının zərər görməsi və ya məhv edilməsi təqdirdə Yəməndəki aclıq böhranının daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, WFP “Aclığa qarşı apardığımız mübarizəni uduzuruq” başlığı ilə nəşr etdiyi yazısında belə qeyd edib: “Yəmənə edilən bütün yardımların demək olar ki, yarısından çoxu Hudeyda limanı üzərindən edilir. Limanın istifadəyə yararsız hala gəlməsi təqdirdə, ehtiyac duyulan yerlərə qidaların aparılması daha da çətinləşəcək”.
 
WFP-nin Yəmən üzrə direktoru Stefen Anderson belə deyib: “Gələcəkdə nələrin baş verə biləcəyindən əmin deyilik. Ona görə də dəyirmanlar kimi, kranlar kimi anbarlar və limanları, vacib infrastrukturu qorumaq üçün çalışırıq”.
 
 
 

Google+ WhatsApp ok.ru