WhatsApp-da çoxdan gözlənilən yenilik 17 Sentyabr 2018 01:00 Maraq dünyası WhatsApp messencerinin tərtibatçıları çoxdan gözlənilən yenilənmənin proqrama əlavə ediləcəyini bəyan ediblər. Söhbət “qara fon” adlı yeni dizayndan gedir. Maide.Az "Oxu.Az"-a istinadla xəbər verir ki, bu barədə Wccftech nəşri yazır. Bir müddət əvvəl messencer düyməli telefonlarda da əlçatan olub. Bu fürsət dünyada istifadəçilərin sayını əhəmiyyətli dərəcədə artırıb - WhatsApp-ın bazasına ən azı 1,5 milyon yeni hesab əlavə edilib. “Qara fon”a qaldıqda isə, bu messencerin xarici görünüşü daha cəlbedici edəcək. Bundan əlavə yeni sistem gözləri qıcıqlandırmayacaq. Həmçinin yeni fon sayəsində telefonun enerjisinə qənaət etmək mümkün olacaq. Hazırda mütəxəssislər yeni fonu iOS və Android sistemlərində sınaqdan keçirirlər. Teqlər : #WhatsAppda çoxdan gözlənilən yenilik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Trampın tələbi həyata keçərsə, “iPhone” qiymətləri qalxacaq İtən əşyaları tapmaq asan olacaq