WhatsApp-da şəxsi məlumatları necə kilidləmək olar

WhatsApp-da şəxsi məlumatları necə kilidləmək olar

Whatsapp-ın yeni funksiya sayəsində danışıq qeydləriniz, profiliniz, bir sözlə WhatsApp-a dair hər məsələnizi kilidləmək olacaq. Ancaq bir şərt var! Bu tətbiqi yeniləməlisiniz.
 
WhatsApp-da bu gündən etibarən istifadəçilərə təqdim olunan yeni bir funksiya, iki addımla təsdiq etmə imkanını verir. İstifadəçilər əvvəl Parametrlər >Hesab >İki addımlı təsdiqləmə > Aktivləşdirmə seçimini etməlidirlər. (Bu parametrləri görmürsünüzsə, demək hələ yenilənmə smartfonunuzda əks edilməyib, daha sonra yenidən yoxlamağınız lazımdır)!
 
Daha sonra proqram sizdən bir emailiniz və 6 ədədlə rəqəmlərdən ibarət şifrə tələb edəcək. Emailinizi qeyd etməyə məcbur deyilsiniz. Ancaq qeyd etdiyiniz şifrəni unutduğunuz təqdirdə, çox çətin vəziyyətlərlə rastlaşa bilərsiniz.
 
Parametrlərdə dəyişiklikləri etdiyiniz təqdirdə, artıq heç kim WhatsApp şifrənizi bilmədən profilinizə daxil ola bilməz və başqa bir telefonda WhatsApp hesabınızı istifadə etməyəcək.
 
Ayarlamanı etdikdə artıq heç kim WhatsApp hesabınıza şifrənizi bilmədən girməyəcək və başqa bir telefonda WhatsApp profilinizi istifadə etmək mümkün olmayacaq.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru