Whatsapp-dan qruplarla bağlı maraqlı YENİLİK

Whatsapp-dan qruplarla bağlı maraqlı YENİLİK

-- WhatsApp vasitəsilə söhbətin istənilən iştirakçısının profilini...

 Whatsapp bu gün  aktiv olan son güncəlləməsi ilə qrupları və qrup adminlərini maraqlandıran yeniliklərlə istifadəçilərin istifadəsinə verilib.
 
Maide.Az "Faktxeber"-a istinadən verdiyi məlumata görə, yenilik həm iOS, həm də Android smartfonları üçün nəzərdə tutulub. 
 
Platformadakı yeniliklər qrup çatları üçün nəzərdə tutulsa da, ondan istifadə edənlər də faydalana bilər. Məsələn, artıq WhatsApp vasitəsilə  söhbətin  istənilən iştirakçısının profilini tapmaq olar. Bunun üçün qrup haqqında informasiya olan səhifədə sadəcə onun adını yazmaq kifayətdir.
 
İkinci yenilik qrupun təsviri ilə əlaqədardır. Belə ki, çata yeni qoşulan istifadəçilər məlumatlar bölməsində qrupun məqsədi, qaydaları və sair öyrənə biləcək. Bu da yeni qatılan istifadəçinin söhbət barədə məlumatlı edəcək.
 
Tətbiqə başqa faydalı funksiyalar da əlavə edilib. Məsələn söhbətlər zamanı kiməsə cavab verilibsə, o isə bir müddətdən sonra çata qatılıbsa, həmin şəxs özünə ünvanlanan bütün ismarıcları görə biləcək. Bunun üçün layihə rəhbərləri  aşağı sağ küncdə @ işarəsi əlavə ediblər.
 

Google+ WhatsApp ok.ru