WhatsApp-dan daha bir YENİLİK - FOTO

WhatsApp-dan daha bir YENİLİK - FOTO

Tezliklə məşhur mesencerin göndərinlən linklərə baxılması üçün yeni quraşdırılmış brauzeri olacaq.
 
Beləliklə, veb-səhifələri elə WhatsApp-ın içində açmaq mümkün olacaq və linklərə baxmaq üçün artıq WhatsApp-dan çıxmağa ehtiyac qalmayacaq.
 
Maide.Az bidlirir ki, bu, istifadəçinin vaxta qənaət etməsinə, həmçinin, spam və feyk xəbərlərlə mübarizəyə imkan verəcək.
 
Tətbiqə quraşdırılan brauzer zərərli veb-səhifələrə keçidlər barədə də xəbərdarlıq edəcək.
 
Bundan əlavə, Facebook və WhatsApp qurucuları əmin edir ki, istifadəçinin keçid tarixçəsini onlar görə bilməyəcəklər.
 
Hələlik yeni funksiya yalnız WhatsApp-ın Android üçün tətbiqinin beta-versiyasında işləyir. Geniş istifadəçi kütləsinə təqdim ediləcəyi vaxt barədə isə məlumat verilmir. /İslaminSesi /
 

Google+ WhatsApp ok.ru