WhatsApp-dan istifadəçiləri qəzəbləndirəcək addım

WhatsApp-dan istifadəçiləri qəzəbləndirəcək addım

Məşhur mesencer WhatsApp-da milyonlarla istifadəçisini qəzəbləndirəcək bir addım gəlir.
 
Belə ki, bu günə qədər reklamsız bir platforma olan və 1,5 milyard fəal istifadəçisi ilə sektorun ən məşhur mesajlaşma tətbiqindən reklam dönəmi üçün rəsmi açıqlama verilib.
 
Bu barədə Facebook-un hər il mütəmadi keçirdiyi FMS tədbirində elan edilib. Bildirilir ki, 2020-ci ildə WhatsApp durumlara reklam gələcək.
 
Qeyd edək ki, açıqlamadan sonra bu bəyanat sosial medianın ən çox müzakirə edilən mövzusuna çevrilib. İstifadəçilərin əksəriyyəti yeni qərara mənfi qarşıladıqlarını bildiriblər. /FaktXeber /
 

Google+ WhatsApp ok.ru