WhatsApp-da çoxdan gözlənilən yenilik

WhatsApp-da çoxdan gözlənilən yenilik

WhatsApp messencerinin tərtibatçıları çoxdan gözlənilən yenilənmənin proqrama əlavə ediləcəyini bəyan ediblər. Söhbət “qara fon” adlı yeni dizayndan gedir.
 
Maide.Az "Oxu.Az"-a istinadla xəbər verir ki, bu barədə Wccftech nəşri yazır.
 
Bir müddət əvvəl messencer düyməli telefonlarda da əlçatan olub. Bu fürsət dünyada istifadəçilərin sayını əhəmiyyətli dərəcədə artırıb - WhatsApp-ın bazasına ən azı 1,5 milyon yeni hesab əlavə edilib.
 
“Qara fon”a qaldıqda isə, bu messencerin xarici görünüşü daha cəlbedici edəcək.
 
Bundan əlavə yeni sistem gözləri qıcıqlandırmayacaq. Həmçinin yeni fon sayəsində telefonun enerjisinə qənaət etmək mümkün olacaq.
 
Hazırda mütəxəssislər yeni fonu iOS və Android sistemlərində sınaqdan keçirirlər.
 

Google+ WhatsApp ok.ru