Whatsapp-da sevindirici yeniliklər -FOTO

Whatsapp-da sevindirici yeniliklər -FOTO

Məşhur mesencer Whatsapp-a yeni xüsusiyyətlər gəlir.
 
Maide.Az "FaktXeber"-ə istinadla verdiyi məlumata görə, bunlardan ən maraqlısı məşhur tətbiqin  qaranlıq rejimə keçməsidir. Artıq hava qaralanda "WhatsApp"da "qaralacaq". Yeni güncəlləmənin sınaqlarına başlanılıb.
 
 
 
Bundan başqa WhatsApp 2.18.100 versiyası ilə birlikdə iOS-12 ilə tam uyğunlaşdırıb. Bundan başqa WhatsApp iOS tətbiqi  iPhone XC, XS Max və iPhone XR ilə də uyğun işləyəcək.
 
Tətbiqdə həmçinin söhbət pəncərəsində mətni basılı tutduqda açılan sürətli menyunun  interfeysini yenilənəcək.
 
 
 
Güncəlləmə ilə birlikdə WhatsApp statuslara cavab  seçənəyini də inkişaf elətdirib. Əvvəlki versiyalarda  sadəcə rəsm, video və GİF göndərə bilən istifadəçilər,  cavab üçün yeni opsiyalarla tanış olacaqlar.
 
 
Həmçinin göndərilən şəkilləri, videoları və ya GİF-ləri tətbiqə girmədən baxa və cavab yaza biləcəyik.
 
WhatsApp-ın iOS istifadəçilərinə təqdim edəcəyi digər bir özəllik isə çoxlu səsli mesajları oxutması olacaq. Belə ki, bir söhbətdə üs-üstə səsli mesajlar aldığınızda, ilk səsli mesaja QULAQ asdıqdan sonra digərləri bir-birinin ardınca oxunacaq.
 

Google+ WhatsApp ok.ru