WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir

WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir

-- WhatsApp istifadəçilər arasındakı ünsiyyəti `end-to-end ` üsulu ilə şifrələyir

1 milyarda yaxın insan WhatsApp vasitəsi ilə gün ərzində 55 milyard mesaj göndərir.
 
Maide.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “WhatsApp” şirkətinin vitse-prezidenti Nirac Arora Dubayda keçirilən beynəlxalq konfrasda çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, WhatsApp-ın populyarlığı bu proqramın etibarlılığı və sadəliyi ilə bağlıdır.
 
Arora xatırladıb ki, WhatsApp istifadəçilər arasındakı ünsiyyəti "end-to-end " üsulu ilə şifrələyir.
 

Google+ WhatsApp ok.ru