Whatsapp peşmançılıq müddətini uzadıb

Whatsapp peşmançılıq müddətini uzadıb

-- mesajların silinməsi 7 dəqiqə ərzində mümkün idisə, artıq bu müddət 1 saat...

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp" daha bir yenilik edib.
 
Maide.Az "faktxəbər"-ə istinadən xəbər verir ki,  mesajlaşma platformasında yazılan mətnlərin silinməsi üçün verilən müddət bir qədər də artırılıb.
 
Buna qədər mesajların silinməsi 7 dəqiqə ərzində mümkün idisə, artıq bu müddət 1 saat 8 dəqiqə 16 saniyəyə qədər uzadılıb.
 
Test mərhələsində olan bu yenilənmə may ayı ərzində həm iOS, həm də Android istifadəçilərinin ixtiyarına veriləcək.
 

Google+ WhatsApp ok.ru