`WhatsApp` və `Instagram` məhkəməyə verildi 07 Mart 2018 02:00 Maraq dünyası -- İdeyanı oğurlayıblar? Kanadanın "BlackBerry" şirkəti məşhur ünsiyyət platforması "WhatsApp" və "Instagram"ı məhkəməyə verib. Maide.az NTV-yə istinadən xəbər verir ki, şirkət bu iki sosial platformanın "BlackBerry" messencerindəki xüsusiyyətləri oğurladığını iddia edir. Məsələ ilə bağlı hər iki sosial şəbəkənin daxil olduğu "Facebook" şirkətindən hələlik açıqlama verilməyib. Qeyd edək ki, bir müddət öncə "WhatsApp"ın "BlackBerry" telefonlarındakı fəaliyyəti dayandırılıb. Hazırda iki şirkət arasında "virtual müharibə" davam edir. Teqlər : #`WhatsApp` və `Instagram` məhkəməyə verildi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Whatsapp peşmançılıq müddətini uzadıb WhatsApp loqosunu dəyişir