WhatsApp veb-versiyada istifadə edənlərə xəbərdarlıq-VİDEO

WhatsApp veb-versiyada istifadə edənlərə xəbərdarlıq-VİDEO

Check Point araşdırma kompaniyası WhatsApp və Telegram-ı veb-versiyada istifadə edənlərə akkauntların sındırılma təhlükəsi barədə xəbərdarlıq edib. Mütəxəssislərin sözlərinə görə, bunu adi şəkillə etmək mümkündür.
 
Hər şey çox sadədir
 
Dələduzlar  potensial qurbana  adi şəkil  formasında zərərli kod göndərir. Təsvirin açılması ilə  alqoritm işə düşür və haker  qurbanın akkauntuna tam giriş əldə edə bilir – yazışmalar, fotolar, video və bütün fayllar  açılır. Bundan sonra qurbanın  kontaktlarına da  virus yollamaq mümkün olur.
 
WhatsApp timsalında  təsvirlərin vasitəsi ilə  akkauntun sındırılması
 
Lakin problem ancaq WhatsApp və Telegram-ın veb –versiya müştərilərinə aiddir. Mobil tətbiqlərdə zəif nöqtə yoxdur.
 
Bundan başqa Check Point mütəxəssisləri  mesencerin müəlliflərinə bu barədə xəbərdarlıq edib  və onlar bu problemi aradan qaldırıblar. Bu səbəbdən qorxulu heç nə yoxdur, ancaq yenə də  tanımadığınız kontaktlardan  fayl açmaq tövsiyə olunmur.(faktxeber)
 

Google+ WhatsApp ok.ru