WhatsApp İOS üçün yeniləndi!

WhatsApp İOS üçün yeniləndi!

Məşhur mesajlaşma proqramı yenilənmə ilə daha bir xüsusiyyətə sahib oldu.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, hər gün yeni xüsusiyyətlərlə zənginləşən WhatsApp, ötən günlərdə, göndərilən mesajların daha nəzərəçarpan olması üçün  bu mesajların üzərinə yeni bir işarə əlavə etdi. Artıq mesaj göndərdiyinizdə mesajın üzərində " göndərildi" işarəsini görürsünüz.  Amma yeniliklər bununla bitmir.  Bununla yanaşı mesajı eyni zamanda bir neçə nəfərə göndərmə seçimi də var. Amma platforma saxta xəbərlər və spam mesajların önünü kəsmək üçün buna 5 ilə sərhəd qoydu. Başqa sözlə ən az 5 nəfərə eyni anda mesaj və ya media göndərmək mümkün oldu.
 
Doğrudur, bu çox da etibarlı bir yol deyil. Yəni, spam mesajların göndərilməsi üçün hələ də alternativ yollar var. Ancaq bununla Facebook üzərindəki məsuliuyəti az da olsa azaltmaq istəyir.
 
Bu gün yayımlanan güncəlləməylə İOS tarifi üçün əlçatan olan yeni variant, konfrans görüş xüsusiyyətini də özü ilə birlikdə gətirdi.

Google+ WhatsApp ok.ru