WhatsApp 2020-ci ildə milyonlarla istifadəçi ilə işini dayandıracaq

WhatsApp 2020-ci ildə milyonlarla istifadəçi ilə işini dayandıracaq

2020-ci ildən başlayaraq  "WhatsApp" mesenceri milyonlarla smartfonların dəstəkləməsini dayandıracaq. 
 
Maide.Az xəbər verir ki, 31 dekabr 2019-cu ildən sonra "Windows Phone"da mesencerin xidməti dayanacaq.  "Android 2.3.7" və "iOS 8"-dən daha köhnə əməliyyat sistemi ilə işləyən mobil telefonlarda isə 2020-ci ilin fevral ayından "WhatsApp"dan istifadə etmək mümkün olmayacaq.
 
Həmçinin yuxarıda qeyd olunan mobil telefonların istifadəçiləri bir sıra başqa proqramlardan da istifadə edə bilməyəcək.
 
Qeyd edək ki, qəbul olunan qərardan sonra milyonlarla istifadəçi oflayn olacaq. Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır. /FaktXəbər
 

Google+ WhatsApp ok.ru