`WhatsApp` ödəniş sisteminin tətbiqinə başladı

`WhatsApp` ödəniş sisteminin tətbiqinə başladı

-- Hələlik “WhatsApp Pay”in nə vaxtdan digər ölkələrdə istismara veriləcəyi açıqlanmır.

“WhatsApp” smartfonla xidmətlər və pullara görə ödəniş həyata keçirmək üçün “WhatsApp Pay” xidmətini işə salıb.
 
Maide.Az  "faktxeber"-ə istinadən bildirir ki, “WhatsApp” yeni funksiyasının sınağını Hindistanda həyata keçirir.
 
“WhatsApp Pay” kommersiya hesabları istisna olmaqla, istifadəçilərə messencerin digər istfadəçilərinə, pul köçürməyə imkan verəcək.
 
Artıq əlavənin beta-versiyasını  iOS və Android əməliyyat sistemləri dəstəkləyir. Hələlik pul köçürmələri yalnız “WhatsApp Pay” pul kisələri arasında mümkün olacaq.
 
Gələcəkdə funksiyanın digər pulköçürmə sistemləri ilə əlaqələndirilməsi planlaşdırılır.
 
Hələlik “WhatsApp Pay”in nə vaxtdan digər ölkələrdə istismara veriləcəyi açıqlanmır.
 

Google+ WhatsApp ok.ru