`WhatsApp`da möhtəşəm yenilik (FOTO, VİDEO)

`WhatsApp`da möhtəşəm yenilik (FOTO, VİDEO)

Dünyanın ən çox istifadə edilən ani mesajalaşma xidməti olan "WhatsApp" bu gündən daha bir yeniliklə qarşımıza çıxıb.
 
"Facebook"un bütün xidmətləri bir-bir "Snapchat"a bənzəməyə başlayır. "Instagram"dan sonra indi də "WhatsApp"da "Snapchat" bənzəri funksiya əlavə edilib. İstiPress-in məlumatına görə, tətbiqə əlavə edilən hekayələr xüsusiyyəti bugündən etibarən aktiv olur.
 
Bu gündən tədbiq edilən yenilik ilə bərabər əvvəllər sadəcə mesaj və ya emojilər istifadə edilə bilinən status bölməsində, şəkillər və yazılarla hekayənizi paylaşa biləcəksiniz.
 
Bunun ən yaxşı tərəfi isə istəmədiyiniz insanlar üçün "WhatsApp Status"nuzu bağlamaq imkanının olmasıdır. "WhatsApp"da paylaşılan görüntülər 24 saat ərzində itəcək. 
 
Statusunuza şəkil, video ya da GIF görüntüləri əlavə edə bilər, müxtəlif emoji və ya dizayanda təsvirlərlə görüntüləri rəngləndirə bilərsiniz.(istipress)
 

Google+ WhatsApp ok.ru