WhatsAppdan istifadəçilərin həyatını asanlaşdıracaq yenilik

WhatsAppdan istifadəçilərin həyatını asanlaşdıracaq yenilik

-- WhatsApp səsyazma xüsusiyyətinə yeni funksiyalar əlavə edib

Məşhur mesajlaşma proqramı olan  WhatsApp milyonlarca istifadəçinin həyatını asanlaşdıracaq bir funksiyanı platformuna əlavə edir
 
Maide.Az "ntv.com.tr"ə istinadən xəbər verir ki, yaxın zamanda bir daha yenilənən tətbiq 2.18.171 yenilənməsinə artırılıb. 
 
Bu yenilənmə ilə bərabər WhatsApp  səsyazma xüsusiyyətinə yeni funksiyalar əlavə edib.
 
Əvvəlki qeydetmə düyməsi istifadəyə yararsız olduğu üçün WhatsApp bu bölümdə dəyişiklik edib.
 
Qeyd edək ki ,WhatsAppın bu yeni funksiyaları hal-hazırda yalnız  WhatsApp beta test istifadəçiləri üçün keçərlidir.
 
İOS proqramının istifadəçiləri üçün bir müddətdir açıq olan bu funksiyaların 2.18.159 yenilənməsi ilə bərabər Android cihaz sahibləri üçün də əlçatan olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru