`Whatsapp`dan möhtəşəm yenilik

Yenilik iOS və `Android` telefonlara tətbiq edilir.

 
Öz istifadəçi sayını rekord həddə - 1 milyarda çatdıran ani mesajlaşma xidməti"Whatsapp" daha bir yeniliklə istifadəçilərini sevindirir.
 
Maide.az xəbər verir ki, anspress-in məlumatına görə, indi "Whatsapp" vasitəsi ilə sənədləri də göndərmək mümkün olacaq.
 
"iOS" və "Android" sistemli telefonlara tətbiq edilən yeni xidmət, hələki"Windows" sistemli telefonlara şamil edilmir.
 
Yeni tətbiq hazırda yalnız PDF qovluqların paylaşılmasına imkan verir. Gələcəkdə digər variantda qovluqlarının göndərilməsi haqda hələki heç bir məlumat verilmir.
“WhatsApp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.
 
Bir neçə il öncə bu sistem "Facebook" tərəfindən satın alınıb. Məhz bundan sonra sistemdə bir çox yeniliklər edilib, istifadəçi sayı artıb. 
 
Bundan başqa “Whatsapp” daxilində olan divar kağızı seçimlərini dı artırmağı planlaşdırır. 
 
"Windows 10" sistemli mobil telefonlarda “Whatsapp” proqramına gətirilən yeniliklər isə video qeydlər, sürətli foto çəkmə və 100-dən artıq yeni smaylların əlavə edilməsidir./
 

 

Google+ WhatsApp ok.ru