`WhatsApp`dan növbəti yenilik

"WhatsApp"la zəng etmək mümkün olacaq
 
Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "WhatsApp" tezliklə mobil operatorlara rəqib olacaq.
 
ANS PRESS-in məlumatına görə, "WhatsApp"ın növbəti yeniliyi "səsli zəng" ilə bağlıdır. Belə ki, istifadəçilər artıq "Skype" və "Viber"dəki kimi "WhatsApp" vasitəsilə də zəng edə biləcəklər. Yeni funksiyadan istifadə etmək əvvəlcə android işlətmə sistemi olan "ağıllı" telefonlarda mümkün olacaq. 
 
Yeni funksiyadan istifadə etmək istəyənlər "WhatsApp"ın rəsmi internet səhifəsindəki "yüklə" düyməsinə basaraq proqramı yükləməlidirlər. "Səsli zəng" iOS və "BalckBerry"lərdə də mükün olacaq, amma Android işlətmə sistemli telefon sahibləri iOS və "BlackBerry"si olanlarla danışa bilməyəcəklər. Bundan başqa, funksiya yeni olduğundan danışıqlarda müəyyən problemlər, danışıq zamanı kəsilmələr də ola bilər./

Google+ WhatsApp ok.ru