WhatsAppdan yeni qadağa: Mesaj yönləndirilməsində məhdudiyyət tətbiq olunacaq

WhatsAppdan yeni qadağa: Mesaj yönləndirilməsində məhdudiyyət tətbiq olunacaq

-- Hindistanda

WhatsApp son bir ayda bir-birinin ardınca yaşanmış  linç etmə hadisəsindən sonra  Hindistanda  bu proqramı işlədən  200 milyondan çox şəxsə məhdudiyyətlər tətbiq edib. 
 
Maide.Az "sputnik"ə istinadən xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, Hindistanda son 2 ayda  virus şəklində kütləvi  olaraq yayılan WhatsApp mesajlarında uşaq qaçırtma,  zorlama və bu kimi hadisələrdən günahlandırılan 20-dən çox şəxs kütlə tərəfindən linç edilib. 
 
WhatsApp bunun qarşısını almaq üçün Hindistandakı istifadəçilərin  bir-birinə mesaj yönləndirməsini  məhdudlaşdırmağa çalışacaq. 
 
Nəticədə  bu cür zorkılıq hallarının  qarşısı alınacaq. 
 

Google+ WhatsApp ok.ru