`WhatsApp`da silinmiş mesajları oxumaq üsulu tapılıb

`WhatsApp`da silinmiş mesajları oxumaq üsulu tapılıb

“WhatsApp” messencerinin interfeysinin xüsusiyyətləri istifadəçilərə həmsöhbət tərəfindən silinmiş mesajları oxumağa imkan verir. “Mirror” nəşri sözügedən messencerdə silinmiş mesajları geri qaytarmaq üsulu barədə yazıb.
 
Silinmiş mesajların bərpa mexanizmi yazışmaların ehtiyat nüsxəsi funksiyasına əsaslanır.
 
Yazışmada yoxa çıxmış mesajı oxumaq üçün qurğudan “WhatsApp” messencerini silmək, bundan sonra sözügedən messenceri yenidən quraşdırmaq lazımdır. Bu halda çatın arxivi ehtiyat nüsxədən bərpa olacaq.
 
Bu üsul o vaxt keçərlidir ki, ehtiyat nüsxə yenilənməyib (bir qayda olaraq, bu proses gün ərzində bir dəfə gecə vaxtı avtomatik baş verir) və qurğu yenidən yüklənməyib.
 
“WhatsApp” messencerində mesaj göndərildikdən sonra 1 saat ərzində onu silmək mümkündür. /faktxeber /
 

Google+ WhatsApp ok.ru