'WhatsApp'  messencer istifadəçilərini şəxsi məlumatlarını 'Facebook'  ilə paylaşmağa məcbur edəcək

'WhatsApp' messencer istifadəçilərini şəxsi məlumatlarını 'Facebook' ilə paylaşmağa məcbur edəcək

"WhatsApp" mesencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndinə görə, istifadəçi öz şəxsi məlumatlarını "Facebook" şirkətinə təqdim etməlidir.
 
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "WhatsApp" mesenceri fərdi məlumatların "Facebook"-a ötürülməsi ilə bağlı bir bənd əlavə edərək istifadəçi razılaşmasını yeniləyib.
 
Yeni bəndə görə, "Facebook" şirkətinin bir parçası olan "WhatsApp" öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin "tətbiqlər ailəsi" ilə paylaşacaq.
 
Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.
 
Sözügedən messencerin “Facebook”a göndərəcəyi məlumat istifadəçi hesabı ilə bağlı qeydiyyat məlumatlarını (həmçinin telefon nömrəsi) və tranzaksiyalar haqqında məlumatları əhatə edəcək.
 
Həmçinin “Facebook”a istifadəçilərin mobil qurğuları haqqında informasiya, IP ünvanlar və sairə bu kimi məlumatlar göndəriləcək.
 
Xatırladaq ki, "Facebook" korporasiyasına "Instagram" və "Facebook Messenger" daxildir. 

 

Google+ WhatsApp ok.ru