WhatsApp milyonlarla istifadəçisinə qadağa qoyacaq

WhatsApp milyonlarla istifadəçisinə qadağa qoyacaq

-- Bu WhatsApp istifadəçilərinin sayına ciddi şəkildə təsir edəcək

Sosial media nəhəngi Facebookun tərkibində olan məşhur mesajlaşma proqramı  WhatsApp  milyonlarla istifadəçisini itirə bilər. 
 
Maide.Az “ntv.com.tr”-ə istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələrində Ümumi Məlumatların Mühafizəsi Qaydalarına (GDPR)  görə məşhur mesajlaşma proqramı WhatsApp milyonlarla istifadəçisini itirmək təhlükəsiylə üz-üzə qalıb. 
 
WhatsApp daha öncə 13 yaşı tamam olmuş şəxslərin qeydiyyata düşməsinə icazə verirdi.  Lakin Aİ ölkələrində Ümumi Məlumatların Mühafizəsi Qayadası (GDPR) artıq 16 yaşından aşağı olanlara bunu qadağan edir. 
 
WhatsApp istifadəçiləri 25 maydan etibarən xidmətdən kənarlaşdırılmağa başlanmışdır. Başqa sözlə, bu qanunun həyata keçirilməsi  WhatsApp istifadəçilərinin sayına ciddi şəkildə təsir edəcək.
 

Google+ WhatsApp ok.ru