Wi-Fi’dan 100 dəfə sürətli texnologiya: Li-Fi – VİDEO

Wi-Fi’dan 100 dəfə sürətli texnologiya: Li-Fi – VİDEO

Yaxın gələcəkdə internetdən istifadə etmək üçün Wi-Fi əvəzinəLi-Fi istifadə edə bilərik. Alimlərin 4 ildir üzərində çalışdığı yeni “Li-Fi” texnologiyası “Wi-Fi”ın alternativinə çevrilərək ondan 100 dəfə sürətli ola bilər. Bu yüksək keyfiyyətli filmi bir neçə saniyədə yükləyə biləcəyimiz mənasına gəlir.
 
Mashable” portalında yazılan xəbərə görə, “Li-Fi” informasiyanı led işıq diodları vasitəsilə ötürür. Bu diodlar nanosaniyə ərzində işıldayır ki, bu da insan gözü üçün onu görünməz edir. 2011-ci ildə alimlər 224 Gb/saniyə kimi heyrətləndirici sürətə nail olublar. Lakin ev şəraitində çox iri qurğulardan istifadə etmədən “Li-Fi” yalnız 1 Gb/saniyə sürət ötürə bilir.
 
“Wi Fi”dan fərqli olaraq, Li-Fi divarın arasından siqnal ötürə bilmir. Bu, eyni zamanda şəbəkəni kənar müdaxilədən xilas edən faktordur. Led işıq diodlarından istifadənin hesabına gələcəkdə Li-Fi eyni anda iki funksiya yerinə yetirəcək: həm otağı işıqlandıracaq, həm də elektron cihazları internetlə təmin edəcək.(bizimyol)
 

Google+ WhatsApp ok.ru