`Windows` vidalaşdı

Bu yay istifadəyə verilməsi gözlənilən “Windows-10” "Microsoft"un son əməliyyat sistemi olacaq.
 
Bu barədə firmanın rəsmilərindən Ceri Nikson açıqlama verib. 
 
“Windows-10”u təqdim edirik və bu, “Windows”un son versiyası olacaq. Hazırda “Windows-10”un inkişaf etdirilməsi istiqamətində işlər davam edir”. 
 
“Microsoft”un qarşıdakı günlərdə “Windows”u ayrı bir proqram kimi təqdim etməsi gözlənilir. Bu sayədə əməliyyat sistemini daha əvvəl satın alanlar böyük ehtimalla ödənişsiz yeniləyərək onun istifadəsinə davam edəcəklər. 
 
Yeni əməliyyat sistemi də əvvəlkilər kimi yenilənəcək. Windows-7, 8 və 8.1 istifadəçiləri heç bir ödəmə etmədən “Windows-10”a keçəcəklər. 
 
“Windows-10”un nə zaman istifadəyə veriləcəyi hələlik bilinmir. /

Google+ WhatsApp ok.ru