Xərçəngin yeni müalicə üsulu: `YATIRTMAQ` 07 Avqust 2018 01:00 Sağlamlıq Avstraliyalı alimlər, xərçəng hüceyrələrini inkişafdan saxlayan yeni bir maddə hazırladılar. Maide.Az bildirir ki, "Nature" jurnalında dərc olunan məqalədə, alimlər bu məddənin xərçəng hüceyrələrinin inkişafında əsas rol oynayan KAT6A və KAT6B proteinlərinə təsir etdiyini qeyd ediblər. Laboratoriyada, xərçəngli siçanlar üzərində bu maddə ilə sınaqlar aparılıb. Nəticədə həmin proteinlərin təsiri yox edilmiş və siçanların ömrünün 4 dəfə uzanacağı bildirilir. Maddə sağlam DNT-yə ziyan vermədən, yalnız xərçəng hüceyrələrinin əmələ gəlməsini və yayılmasını əngəlləyir. Alimlər qeyd edirlər ki, günümüzdə xərçəngin müalicəsində geniş istifadə edilən kimya terapiyasi və radiasiya müalicəsi kimi üsullar, xərçəng hüceyrələrinə təsir edərkən sağlamlığa da ciddi ziyan vurur. Xəstələrin saçı tökülür, imunitetləri zəifləyir və dünyaya uşaq gətirmək şansları azalır. Lakin yeni maddə xərçəng hüceyrələrinin digər hüceyrələrin arasına girməsinə mane olur. Hüceyrələr ölməsə də digər hüceyrələrlə əlaqədə olmadığından çoxala bilmir. Başqa sözlə desək xərçəng hüceyrəsi "sonsuz bir yuxuya gedir". Teqlər : #Xərçəngin yeni müalicə üsulu: `YATIRTMAQ` , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arı sancması hansı halda ölümə səbəb ola bilər? Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirilib
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir