Xəzər daha 2 can aldı

Azərbaycanda daha iki nəfər Xəzər dənizində batıb.
 
Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də Bakı şəhər sakini Əbülfət Məmmədov Pirşağı qəsəbəsinin dəniz çimərliyində, Xaçmaz rayon sakini Xəzər Fətəliyev isə Muxtadır kəndinin dəniz çimərliyində çimərkən boğularaq ölüblər. Onların meyitləri sudan çıxarılıb.

Google+ WhatsApp ok.ru