Xəstəliyinizi dırnaqlarınızın rəngindən təyin edə bilərsiniz

Xəstəliyinizi dırnaqlarınızın rəngindən təyin edə bilərsiniz. Bu haqda Okan Universitetinin həkimi Qəmzə Şanbursa deyib. Belə ki, professor dırnaqlardakı solğunluğun və üzərindəki müxtəlif rəngli xətlərin bədəndəki xəstəliklərə işarə etdiyini bildirirb.
"Dırnaqlarda nəzərə çarpan yaşıl rəng bakteriya iltihabının olduğunu, qırmızı rəng isə ürək klapanlarının iltihabını göstərir. Dırnaqlarda göy rəngə meyillilik isə qanda oksigenin aşağı olmasından xəbər verir. Bəzi dırnaqlarda bulanıqlıq özünü biruzə verir, bu isə vitamin çatışmamazlığından qaynaqlanır. Qara ciyərinizdə bir problem varsa, dırnaqlarınızda ağ rəngli ləkələr üzə çıxacaq."-deyə, professor sözlərinə əlavə edib.
Professor Şanbursa dırnaqlarda tünd rəngin ürək çatışmamazlığı və qocalığa işarə etrdiyini də bildirib.maide.az /

Google+ WhatsApp ok.ru