Xədicənin məhkəməsi davam edəcək

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam edəcək. Proses saat 3-ə təyin edilib. 
 
Məhkəmədə çıxışlar başlayacaq. 
 
Prosedur qaydalarına görə, əvvəlcə dövlət ittihamçısı, sonra müdafiə tərəfi çıxış edəcək. 
 
Avqustun 18-də vəkillər məhkəmədə sübutlar siyahısından xaric edilmə və bir sıra ekspertlərin çağırılması da daxil olmaqla 10-yaxın vəsatət qaldırmışdı. Onlardan heç biri təmin edilməmişdi. /

Google+ WhatsApp ok.ru