Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan daha birinin meyiti tapılıb.
 
Balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.
 
Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Bir gün sonra onlardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Digər itkin düşən balıqçı Laçın Laçınov axtarışları davam etdirilir.

Google+ WhatsApp ok.ru