Xəzər dənizində daha bir balıqçı faciəsi

Xəzərdə daha bir balıqçı batıb.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu ərazisində dənizdə 1 balıqçının batması barədə  məlumat daxil olub. Hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub. 
 
Əlavə məlumat veriləcək.

Google+ WhatsApp ok.ru