Xəzərdən meyit tapıldı: itkin düşən neftçilərdən biri olması ehtimalı var

Bu gün Xəzər dənizindən meyit tapılıb. Bu barədə məlumatı musavat.com-a dənizdə olan neftçilər verib.
 
Məlumata görə meyit axşam saatlarında bloklardan birinin yaxınlığında tapılıb.
 
İlkin ehtimala görə, meyit dekabrın 4-də "Günəşli" yatağında baş verən qəzada itkin düşən 23 və ya  "Neft daşları"nda itkin düşən 3 neftçidən birinindir.
 
Operativ qərargahdan isə musavat.com-a bu məlumatı təsdiq etmədilər. Qərargahdan bildirildi ki, gün ərzində heç bir meyit tapılmayıb. Axtarışlar isə davam edir.  /
 

Google+ WhatsApp ok.ru