Xəzəryanı Ölkələr arasında güzəştli ticarət qurula bilər

Yaxın gələcəkdə Xəzəryanı Ölkələrin Azad və Xüsusi İqtisadi Zonaları üzrə Əməkdaşlıq Şurası yaradılacaq və bununla bağlı ilk iclas tezliklə  beş ölkənin iştirakı ilə keçiriləcək.Bunu Ənzəli Azad  Zonası Təşkilatının baş direktoru Rza  Məsrur deyib. 
 
Maide.az xəbər verir ki,  Rza Məsrur  İSNA-aya açıqlamasında deyib ki, bu şuranın fəaliyyətə başlaması ilə İran  Xəzərin digər dörd ölkəsi  Rusiya, Qazağıstan, Türkmənistan və Azərbaycanın  azad və xüsusi iqtisadi  zonları arasında güzəştli  ticarət həyata keçirə bilər.  
 
Onun sözlərinə görə, hazırda İran bu dörd ölkənin heç biri ilə güzəştli  ticarət həyata keçirmir. ”Şuranın yaradılmasından məqsəd İran ilə Xəzərin ətrafında olan digər dörd ölkə ilə ticari əlaqələri daha da inkişaf etdirməkdir.  /
 
 

Google+ WhatsApp ok.ru