Xəbərdarlıq: “Sanksiyalar ABŞ iqtisadiyyatına ziyan vura bilər, dolların statusu düşə bilər”

ABŞ rəsmisi edib ki, iqtisadi sanksiyalardan aşırı istifadə ABŞ iqtisadiyyatına ziyan vura bilər. Daha bir təhlükə digər ölkələrin dollara inamının azalmasıdır.
 
Obama Administrasiya İran, Rusiya, Şimali Koreya və bir sıra terror və narkotik maddə qaçaqçılığı ilə məşğul olan təşkilatlatları cəzalandırmaqdan ötrü sanksiyalardan istifadə edir. ABŞ Maliyyə naziri Jack Lew martın 30-da deyib ki, sanksiyaların səmərəsinin də bir həddi var. Onun sözlərinə görə, sanksiyalardan “yüngüllüklə” deyil, “strateji” istifadə olunmalıdır.
 
Lew-nin fikrincə, sanksiyaların əhatə dairəsinin artması biznesləri ABŞ-dan və onun maliyyə sistemindən uzaqlaşdırır. Nəticədə ABŞ dollarının gücü və statusu da zəifləyir. azadlıq.org /

Google+ WhatsApp ok.ru