Xəzər dənizində yanan Rusiya gəmisinin ekipaj üzvləri evakuasiya edilib

Xəzər dənizində yanan tankerdə olan 18 nəfərin hamısı evakuasiya edilib. Təxliyə prosesini yaxınlıqdan keçən gəmi icra edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN-in Cənub Regional Mərkəzinin nümayəndəsi çatdırıb.
Onun sözlərinə görə, hazır olan kimi Rostovda yerləşən FHN-in aviasiya-xilasedici mərkəzindən "Be-200" təyyarəsi olay yerinə yönləndiriləcək.
Qeyd edək ki, daha əvvəl FHN-dəki mənbə "RİA Novosti"yə yanğın zamanı bir nəfərin həyatını itirdiyini bildirib.
Xatırldaq ki, hadisə Xəzər dənizində Türkmənistanın ərazi sularında, Həştərxandan təxminən 800 kilometrlik məsafədə baş verib.

Google+ WhatsApp ok.ru