Xəzərin hüquqi statusu bu ilin sonuna kimi təyin oluna bilər

 
"Xəzərin hüququ statusu haqda danışıqlar bu il uğurla yekunlaşa bilər". ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin MDB ölkələri-iştirakçıları ilə dövlət sərhədlərinin demilitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov "İnterfaks"a müsahibəsində deyib. 
 
Onun sözlərinə görə Astanada keçiriləcək sammitdə Xəzəryani ölkələrin Xəzərin hüquqi statusu üzrə konvensiyanı qəbul edəcəyinə şanslar böyükdür.  "Konvensiyanın Qazaxıstanda keçiriləcək sammitdə imzalanması hər 5 ölkənin siyasi iradəsinin olacağı təqdirdə mümkündür. 2014-cü ildə 20 illik danışıqlara lazımi impulsu verib. " 
 
İqor Bratçikov bildirib ki,  dənizçilik rejimi və gələcək milli kəmərlərin qurulması ilə bağlı hesablamaya aid bir sıra mövzular isə müzakirələr mərhələsindədir.
 
O həmçinin qeyd edib ki, Xəzəryani ölkələrin nazirlərinin növbəti görüşü yayın ortalarında baş tutacaq. 
 
 

Google+ WhatsApp ok.ru