Xəzərdə beş dövlətin iştirakı ilə hərbi təlimlər başlayır

Xəzərdə beş dövlətin iştirakı ilə hərbi təlimlər başlayır

 
Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran həbrçilərinin iştirakı ilə senytabrın 20-də Xəzərdə beynəlxalq hərbi təlimlər başlayacaq. 
 
"Kaspi-2016" adlanan təlimlərin Xəzərin Həştərxan vilayətinə aid hissəsində keçirilməsi nəzərdə tutulub.
 
Təlimlərdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnika iştirak edəcək. 
 
Məlumata görə, sentyabrın 22-də Həştərxanda "Risklərin qlobal tendensiyası və beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda beynəlxalq konfrans da keçiriləcək. (report) /

Google+ WhatsApp ok.ru