Xərçənglə mübarizədə istifadə olunan itlər

Xərçənglə mübarizədə istifadə olunan itlər

-- tlər xərçəng hüceyrələrinə aid bir qoxu hiss etsələr...

İtaliya ordusu xüsusi məqsədlərlə yetişdirdiyi itlərdən xərçənglə mübarizədə istifadə etməyə başlayıb. Tədqiqatçılar itlərin prostat xərçənginə hüceyrələrini iyləyərək tapdığını bildirirlər.
 
Maide.Az "Azərtac"a istinadən xəbər verir ki, ekspertlər indiyədək təlimlərdə əhəmiyyətli irəliləyişlərin olduğunu söyləyirlər. Təlimli itlər xəstələrlə eyni otağa salınır, itlər xərçəng hüceyrələrinə aid bir qoxu hiss etsələr, xəstələrin yanında otururlar. Otaqda xərçəng hüceyrəsi daşıyan olmadıqda onlar otağı tərk edirlər. Ekspertlər bu günədək həyata keçirilən testlərdə itlərin yanılma hallarının çox az olduğunu bıldirirlər.
 
Tədqiqatçılar 2002-ci ildən bəri Toskana şəhərindəki hərbi baytarlıq mərkəzində xərçənglə mübarizə və digər xəstəliklərin erkən aşkarlanması ilə bağlı işlərini davam etdirirlər.
 
 

Google+ WhatsApp ok.ru