Xəbəriniz olsun: Ən xeyirli bitkinin inanılmaz mənfi təsirləri 27 Mart 2018 01:00 Sağlamlıq -- Bütün faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi insanlara sarımsaq yemək olmaz Sarımsaq ən faydalı tərəvəzlərdən biri sayılır. Sarımsaq orqanizmə güclü virus və mikrob əleyhinə təsir edir, qurdları öldürür, damarların sağlamlığını qoruyur, xərçəng xəstəliyinin qarşısını alır. Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi insanlara sarımsaq yemək olmaz. Maide.Az "saglamolun.az"-a istinadən xəbər verir ki, qaraciyər və böyrək xəstəlikləri olan insanlar sarımsaq yeməməlidir ki, bu xəstəliyin daha da kəskinləşməsinə səbəb ola bilər. İshala meylli olan insanlar da sarımsaqdan imtina etməlidir. Sarımsaq bağırsaqları qıcıqlandırır, ishalın güclənməsinə səbəb olur. Ekspertlərin fikrinə görə, aşağı təzyiq, aritmiya, öd daşı xəstəliyi, pankreatit və babasil kimi xəstəlikləri olan insanlara sarımsaq ziyan vura bilər. Həmçinin cərrahi əməliyyatdan əvvəl də sarımsaq yemək olmaz ki, sarımsaq qanı duruldur, qanaxmanın riskini artırır. Teqlər : #Xəbəriniz olsun: Ən xeyirli bitkinin inanılmaz mənfi təsirləri , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bağırsaq xərçəngi müalicə oluna bilər Viruslar Saxaradan Kanadaya necə gedir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir