Xəzərdə balıqçı itkin düşüb 17 Aprel 2018 01:00 Hadisə -- Sabunçu rayonu ərazisindən dənizə çıxmış ... Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək. Teqlər : #Xəzərdə balıqçı itkin düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şimal-qərb bölgəsində canavar sürüsü şəxsi təsərrüfata hücum edib Bakıda maskalılar evlərə hücum edir: polis çarəsiz, əhali silah alır