Xərclənən vəsaitin 45,2 faizi ərzağa gedir

Xərclənən vəsaitin 45,2 faizi ərzağa gedir

Dövlət Statistika Komitəsi pərakəndə ticarət şəbəkəsi ilə bağlı yeni hesabat yayıb.
 
Maide.Az "Novator.az"-a istinadən xəbər verir ki, hesabatda bildirilir ki, 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olub.
 
Ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.
 
Rəsmi hesabata əsasən, 6 ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq məhsulları və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9 faizi digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
İlin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 291,7 manata çatıb. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
 

Google+ WhatsApp ok.ru