Xəstəxanalar səfiri qəbul etmədi, öldü

Xəstəxanalar səfiri qəbul etmədi, öldü

İnsultdan əziyyət çəkən Salvador səfiri Boliviyada xəstəxanalar onu qəbul etmədikdən sonra vəfat edib.
 
Maide.Az “Qafqazinfo”a istinadən  xəbər verir ki, məlumatı diplomatik missiyanın məsləhətçisi Martu Vaskes ictimailəşdirib. Onun sözlərinə görə, səfir Maddeline Vanessa Brisuela Arevalo müayinə üçün təxminən 7 xəstəxanaya müraciət edib. Lakin klinikalar yer olmadığını əsas gətirərək ona köməkdən imtina ediblər.
 
Bundan sonra Arevalonu Frans Tamayo Universiteti nəzdindəki xəstəxanaya qəbul etsələr də, müalicə üçün artıq çox gec olub və səfir dünyasını dəyişib. Onu ölümündən sonra Xilasedici Simon Bolivar ordeni ilə təltif ediblər.
 

Google+ WhatsApp ok.ru