Xəzər nə dəniz deyil, nə də göl, RF XİN başçısının müavini

Xəzər nə dəniz deyil, nə də göl, RF XİN başçısının müavini

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində liderlərin sammitində imzalanacağı gözlənilən Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyaya əsasən, su hövzəsi nə göl, nə də dəniz olaraq tanınmayacaq, bu barədə RF XİN başçısının müavini Qriqori Karasin "Kommersant" qəzetinə müsahibəsində bildirib.
 
"Xəzər dənizinin xüsusi hüquqi statusu olacaq. Bu, xüsusi coğrafi, hidroloji və digər xüsusiyyətlər ilə izah olunur. O, dünya okeanı ilə birbaşa əlaqəsi olmayan qitədaxili su hövzəsidir və buna görə ona dəniz kimi baxıla bilməz", deyə Karasin qeyd edib.
 
"Amma eyni zamanda, ölçüsünə, suyunun tərkibinə və dibinin xüsusiyyətlərinə görə Xəzər göl də hesab oluna bilməz. Bununla əlaqədar Xəzər dənizinə nə BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ haqqında Konvensiyası, nə də transsərhəd gölləri ilə bağlı istifadə olunan prinsiplər tətbiq edilə bilməz: Xəzərin yalnız dibi sektorlara bölünür, su təbəqəsi ilə bağlı suverenlik digər prinsiplər əsasında müəyyən edilir", Karasin belə hesab edir.
 
"Bütün əvvəlki illərdə hüquqi öhdəlik yaradan ümumilikdə doqquz beştərəfli sənəd işləyib hazırlamışıqsa, Aktauda böyük dövlətlərarası müqavilə ilə yanaşı, eyni zamanda altı yeni hökumətlərarası sazişin imzalanması gözlənilir. Konvensiyanın qəbulundan sonra Xəzər formatının xeyli möhkəmlənəcəyini gözləyirik. Daim fəaliyyət göstərən konsultasiya meydanının formalaşdırılması məsələsini həll etməyin zamanı gəlib", deyə o bildirib. (contact.az)

Google+ WhatsApp ok.ru