Xəzər dənizi üzrə İşçi Qrupun iclasını noyabrda keçirmək mümkün olmayacaq 19 Noyabr 2018 13:51 Xəbərlər "Təəssüf ki, İşçi Qrupun iclasını noyabrda keçirmək mümkün olmayacaq. Çalışacağıq ki, iclası dekabrın birinci yarısında təşkil edək. Maide.Az "report"a istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov deyib. Onun sözlərinə görə, Azərbaycan digər tərəfdaşlarına belə bir təkliflə müraciət edib, onların cavablarını ümumiləşdirib bir qərar veriləcək. Niyyətimiz dekabrın birinci yarısında bu görüşü keçirməkdir. Görüşün proqramının məlum olduğunu deyən X.Xələfov bildirib ki, ilk növbədə Xəzərin hüquqi statusu haqqında Konvensiyadan irəli gələn məsələləri müzakirə edəcəyik. "Eyni zamanda dövlət başçılarının sonuncu sammitdə təsdiqlədikləri Kommünikedə əksini tapan göstərişlər, tövsiyələr, qəbul olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı məsələləri nəzərdən keçirəcəyik." Teqlər : #Xəzər,#dənizi,#üzrə,#İşçi,#Qrupun,#iclasını,#noyabrda,#keçirmək,#mümkün,#olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əli Kərimli sərbəst buraxıldı- Onu 2500 manat məbləğində cəriməliyiblər Kür çayı buz bağladı (VİDEO)