Xəzəryanı ölkələrin jurnalist təşkilatlarının ittifaqı yaradıla bilər

Xəzəryanı ölkələrin jurnalist təşkilatlarının ittifaqı yaradıla bilər

"Biz Rusiyada söz azadlığının inkişafı üçün jurnalistlərlə iş aparırıq".
 
Maide.Az bildirir ki, bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov deyib.
 
O bildirib ki, jurnalistlər hər zaman bacarıqlarını təkmilləşdirməli, yeni texnologiyalardan istifadə bacarıqlarını artırmalıdırlar: "Səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildim. Bu görüşdə bizim ölkələr və jurnalistlər arasındakı əlaqələr barədə danışdıq. Bundan başqa biz Xəzər regionunda jurnalist təşkilatlarının ittifaqının yaradılmasını müzakirə etdik".
 
 

Google+ WhatsApp ok.ru