Xəbərdarlıq: İsrail Əqsa məscidinin girişində beton bloklar yerləşdirir (FOTO)

Xəbərdarlıq: İsrail Əqsa məscidinin girişində beton bloklar yerləşdirir (FOTO)

İşğalçı İsrail rejim qüvvələri əl-Əqsa məscidinin qədim tarixi darvazalarından biri olan Bab əl-Əsbat qapısı yaxınlığında iri beton bloklar yerləşdirib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə xəbərdarlığında Əqsa məscidinin əlyazmalar mərkəzinin direktoru Rizvan Əmr bildirib.
 
Sosial şəbəkədə həyəcan təbili çalan məscid nümayəndəsi onu da bildirib ki, son illər ərzində işğalçı rejim tarixi Yusifiyyə qəbiristanlığını da məhv edib.
 
Rizvan Əmr bəyan edib ki, işğalçılar müqəddəs məkanın yaxınlığında beton bəndlər inşa edərək yaxın gələcəkdə burada hərbi postlar qurmaq, məscidə gələn müsəlmanlara mane olmaq və fanatik yəhudilərin buraya kütləvi axınına şərait yaratmaq məqsədini güdür.
 
O, həmçinin bu yaxınlarda Əqsa məscid kompleksinin tərkibində yerləşən Qibli məscidində yəhudiləşdirmə motivli mərasimin keçirildiyi barədə də məlumat verib.
 
 
 

Google+ WhatsApp ok.ru