Xərçəngi 10 dəqiqəyə müəyyənləşdirmək mümkün olacaq

Xərçəngi 10 dəqiqəyə müəyyənləşdirmək mümkün olacaq

Bu gün dünyada inkişaf edən texnologiya yaxın gələcəkdə qanda bədxassəli şişin 10 dəqiqə ərzində müəyyənləşdirilməsinə imkan verəcək.
 
Maide.Az "Sputnik"-ə istinadən xəbərinə görə, artıq bununla bağlı bir sıra metodlar hazırlanır. Təxminən 7 il öncə ABŞ-da DNT analizi ilə məşğul olan və bir sıra ilklərə imza atan “İllumina” şirkətinin 2016-cı ildə təsisçisi olduğu “Grail Company” bu öhdəliyi üzərinə götürüb. “Microsoft” və “Amazon” şirkətlərinin maliyyə vəsaitləri ilə “Grail”in artıq büdcəsi də formalaşıb. Bu vaxtadək şirkətin fondu üçün 1.5 milyard dollar dəyərində vəsait ayrılıb. “Grail” isə hədəflərini açıqlayaraq əsas məqsədinin 10 dəqiqə ərzində birdən artıq bədxassəli xərçəng hüceyrəsini müəyyənləşdirmək olduğunu bildirib. 
 
Xərçəngin 10 dəqiqədə aşkarlanması isə o deməkdir ki, dünyada bu xəstəlikdən ölənlərin sayı azalacaq.

Google+ WhatsApp ok.ru