'Xəzər Neft və Qaz-2019' sərgisi açılıb

'Xəzər Neft və Qaz-2019' sərgisi açılıb

Bu gün, mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq «Xəzər Neft və Qaz-2019» sərgi və konfransının açılış mərasimi keçirilib.
 
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. 
 
Sərgidə dünyanın 30 ölkəsindən 300-dən artıq şirkət iştirak edir və neft – qaz sahəsində öz məhsullarını sərgiləyir. 
 
Qeyd edək ki, birinci nef və qaz sərgisi 1994-cü ildə keçirilib. Elə bundan bir az sonra, həmin ilin sentyabrında «Azəri», «Çıraq», «Günəşli» neft yataqlarının işlənməsi ilə bağlı Azərbaycan beynəlxalq şirkətlərlə saziş imzlamışdı. Həmin saziş «Əsrin müqaviləsi» adını da almışdı.
 
O vaxtdan etibarən «Xəzər Neft və Qaz» sərgisi bu sahələr üzrə aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib.
 

 

Google+ WhatsApp ok.ru